Nazir nəqliyyat qurumlarının rəhbərləri ilə görüşüb
Görüş zamanı ölkənin Vahid Nəqliyyat Strategiyasının hazırlanması və bundan irəli gələn məsələlərin müzakirəsi aparılıb.
Eyni zamanda, işğaldan azad olunan ərazilərimizdə nəqliyyat və rabitə infrastrukturunun bərpası layihələrinin koordinasiyalı şəkildə icrası məsələləri müzakirə predmeti olub.
Rəşad Nəbiyev nəqliyyat sahəsində fəaliyyətin effektivliyinin artırılması, sahəvi nəqliyyat qurumlarının inkişaf strategiyalarının ölkənin ümumi inkişaf strategiyası ilə uzlaşdırılması və nəqliyyat qurumlarının fəaliyyətində qarşılıqlı ahəngdarlığın təmin edilməsi üçün Vahid Nəqliyyat Strategiyasına ehtiyac olduğunu deyib.
Nazir bildirib ki, bu strategiya nəqliyyat qurumları tərəfindən layihələrin icrasında pərakəndəliyin olmamasını, nəqliyyat növlərinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsində mövcud çətinliklərin aradan qaldırılmasını, büdcə vəsaitlərindən və torpaq fondundan səmərəli istifadəni təmin edəcək.
Görüş iştirakçıları ölkəmizin nəqliyyat sektorunun hazırkı vəziyyəti, pandemiya dövründəki fəaliyyət və perspektivlər haqqında ətraflı danışıblar.
Azvision.az
Teqlər: Nazir