Hacı İbrahimin “Ağ şəhəri” - FOTOLAR

Hacı İbrahimin “Ağ şəhəri” - FOTOLAR
  27 Fevral 2014    Oxunub:4100
Bakı Ağ Şəhər Ofis Binasının layihəsi artıq hazırdır.
AzVision.az-ın məlumatına görə, Beynəlxalq səviyyəli Bakı Ağ Şəhər Ofis Binasının layihəsini türkiyəli dizaynerler Kerem Erginoğlu, Hasan Çalışlar, Fatih Kariptaş, Serhat Özkan, Emre Cestel, Melike Atay hazırlayıb.

Qeyd edək ki, bu bina Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamına əsasən, Bakı Ağ Şəhər layihəsi çərçivəsində həyata keçirilir.

Bildirilib ki, binaya ofislər, ticarət məkanları və yaşayış yerləri daxildir. Binanın ucaldılacağı 2 ha ərazidə, həmçinin Bakı Ağ Şəhər layihəsinin təməl daşının qoyulduğu kiçik meydan da yerləşəcək. Hündürlüyü 50 metr olan bu 10 mərtəbəli binanın ümumi sahəsi 20 min kv.m-dir.

Müasir materialların istifadəsi sayəsində bina səlis bir görünüşə malik olacaq. Bakı Ağ Şəhər Ofis Binasında 9 müasir liftin qurulması və ikifasadlı səs və istilik izolyasiya sistemlərinin istifadəsi nəzərdə tutulur. Bundan əlavə, Bakı Ağ Şəhər Ofis Binasında 365 avtomobil üçün yeraltı və qonaq dayanacaqlarının yaradılması, yaşıllıq işlərinin aparılması, həmçinin alternativ enerjinin alınması üçün günə 144.1 kVt həcmində günəş batareyaların quraşdırılması nəzərdə tutulur ki, bu da layihənin ekoloji mənsubiyyətinin göstəricisidir.

Sevinc İltifatqızı

Qalereya




Teqlər:  





Xəbər lenti