Prokurorluq işçilərinin ştat sayı həddi artırılacaq

   Prokurorluq işçilərinin ştat sayı həddi artırılacaq
  01 Aprel 2021    Oxunub:1447
Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddi artırılacaq.
Azvision.az -ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” sərəncamda qeyd olunub.

Sərəncama əsasən, Nazirlər Kabineti Qubadlı və Kəlbəcər Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azvision.az


Teqlər: Prokurorluq  






Xəbər lenti