Çin `5G` ilə məşğul olur

Çin `5G` ilə məşğul olur
  28 Fevral 2014    Oxunub:1036
Çin şirkəti “5G” şəbəkəsi standartını hazırlamağa başlayıb.
AzVision.az `İtar-Tass`a istinadən xəbər verir ki, Dünyanın nəhəng mobil rabitə provayderi "China Mobile” şirkəti beşinci nəsil şəbəkəsi standartını (5G) hazırlamağa başlayıb. Bu barədə Çin şirkətinin nümayəndələri Barselonada keçirilən “Mobile World Congress” sərgisində məlumat veriblər.

“Biz yeni nəsil rabitə standartını hazırlamağa başlamaqla Çində “5G” şəbəkəsinin inkişafında mühüm rol oynamaq niyyətindəyik”, - şirkət nümayəndələri bildirib. “5G” standartlarının hazırlanması layihəsində həmçinin Çin Dövlət Şurası və Elm və Texnika Nazirliyi iştirak edir.

Hazırda Çinin nəhəng “China Mobile”, “China Unicom” və “China Telecom” telekommunikasiya şirkətləri “4G” standartlı stansiyaların quraşdırılmasını tam başa çatdırmayıb, “China Mobile”ın ölkədə rəsmən işə saldığı dördüncü nəsil şəbəkəsinin auditoriyası isə çox azdır. Lakin xarici şirkətlərin beşinci nəsil şəbəkələrin yaradılması üzrə layihələri Çin operatorlarını yeni nəsil standartlarını hazırlamağa məcbur edir.

“5G” şəbəkəsinin hazırkı “4G” standartından dəfələrlə sürətli işləyəcəyi gözlənilir. Dördüncü nəsil şəbəkə istifadəçiləri 100 Mbit/saniyə sürəti ilə məlumatları simsiz ötürə bilirlər.


Teqlər:





Xəbər lenti