Mədət Quliyev Türkiyə nümayəndə heyətini qəbul edib
Mədət Quliyev qonaqların diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb. Azərbaycan və Türkiyənin bir çox sahələrdə olduğu kimi, hərbi-texniki sahədə də daim yaxından əməkdaşlıq etdiklərini bildirən Mədət Quliyev 44 günlük Vətən müharibəsi dövründə qardaş ölkənin dövlətimizin yanında olduğunu, qazandığımız böyük Zəfərdə Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyin böyük rol oynadığını vurğulayıb. Nazir eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verdiyini xüsusi qeyd edib.
Görüşdə hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcəkdə daha səmərəli əlaqələrin qurulması üçün ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri haqqında geniş müzakirələr aparılıb.
Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


