Türkiyədən gətirilən 150 kq kətan toxumu yararsız çıxdı

Türkiyədən gətirilən 150 kq kətan toxumu yararsız çıxdı
  02 Aprel 2021    Oxunub:2600
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Özerol Group” MMC tərəfindən Türkiyədən ölkəmizə idxal edilən 150 kq kətan toxumu məhsuluna baxış keçirilb.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrin istehlak üçün yararsız olduğu aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: AQTA   Türkiyə   Kətan-toxumu  





Xəbər lenti