İndiyədək 250-dən çox qaziyə əlillik təyin olunub

 İndiyədək 250-dən çox qaziyə əlillik təyin olunub
  02 Aprel 2021    Oxunub:2519
“Bu günə qədər Vətən müharibəsinin iştirakçısı olan 250-dən çox qaziyə əlillik təyinatı aparılıb”.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov deyib. Onun sözlərinə görə, 511 Qarabağ qazisinə 2400-dən çox reabilitasiya vasitəsi təqdim edilib.

“15 qaziyə protez təyin olunub. Belə şəxslər reabilitasiya xidmətlərinə cəlb edilirlər. Qazilər daim diqqət mərkəzindədirlər”, - deyə xidmət rəisi bildirib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qazi   Əlillik  






Xəbər lenti