Ombudsman distant təhsilin problemlərindən danışdı

   Ombudsman distant təhsilin problemlərindən danışdı
  02 Aprel 2021    Oxunub:2961
Pandemiya dövründə distant təhsil məsələsi aktuallaşıb. Bütün uşaqların distant təhsilə qoşulması üçün lazımi şərait yaradılmalıdır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.

Onun sözlərinə görə, kənd yerlərində bir sıra hallarda internetin, texniki təchizatın olmaması uşaqların vaxtında dərslərə qoşulmasına mane olur.

Ombudsman bildirib ki, bu probemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir.

Azvision.az


Teqlər: Ombudsman   Hesabat   Distant   Təhsil  






Xəbər lenti