Cənab Prezidentə təşəkkür edirəm. Muradın 30 illik əziyyətinə qiymət verdi, yoldaşımın zəhməti yerdə qalmadı. İstər Aprel döyüşlərindən, istərsə də Vətən müharibəsindən sonra biz hər zaman dövlətin diqqətindəyik.
Aprel döyüşlərindən sonra sual edirdik ki, niyə qələbəmizin davamı gəlmir. Yoldaşlarımızın qisası alınmalı, ruhu şad olmalıydı. Vətən müharibəsi ilə qələbə tamamlandı, nöqtə qoyuldu.
Doğrudur, Muradın da müharibədə iştirak etməsini, Zəfəri gözləri ilə görməsini istəyərdik. Mən bilirəm ki, indi onun ruhu şaddır. Narahatlığım yoxdur.
Ataları şəhid olanda övladlarımın yaşı az idi. Baş verənləri dərk etmirdilər. Amma indi böyüyüblər, dərk edirlər. Deyirlər, ana, bura Talış yüksəkliyidir, ata burada şəhid olub. Fəxr və qürurla danışırlar”, - deyə şəhid xanımı söyləyib.
Qeyd edək ki, Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qazandığı şanlı aprel qələbəsindən 5 il ötür.

Şahanə Rəhimli
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


