3 ayda 465 əlillik təyinatı ləğv edilib

 3 ayda 465 əlillik təyinatı ləğv edilib
  02 Aprel 2021    Oxunub:3513
Cari ilin 3 ayı ərzində 465 əlillik təyinatı ləğv edilib.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov deyib.

Onun sözlərinə görə, ləğv edilən əlillik təyinatlarının çoxu inteqrasiya nəticəsində olub.

“Pandemiya dövründə vətəndaşların çoxunu dəvət edə bilmirik. Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və digər qurumların reyestri vasitəsilə əlillik təyinatı ləğv edilib".

Aytən Zəhra
Azvision.az


Teqlər: Əlillik  





Xəbər lenti