Ermənistanla bağlı beynəlxalq təşkilatlara 15 müraciət ünvanlanıb
Ombudsman bildirib ki, o, 44 günlük müharibə dövründə erməni təcavüzünə məruz qalmış bölgələrə mütəmadi səfər edib, həlak olmuş şəxslərin yaxınları, habelə yaralanmış və zərərçəkmiş sakinlərlə görüşüb.
"Eləcə də ombudsman tərəfindən dağıdılmış yaşayış evlərinə və digər infrastruktur obyektlərinə baxış keçirilib, vətəndaşların dağıntılar nəticəsində yaranmış cari problemlərinin yerində həll edilməsi məqsədilə yerli icra orqanları ilə məsləhətləşmələr aparılıb. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan hərbi qulluqçularına münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalması, həmçinin digər faktlarla bağlı ombudsman tərəfindən beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb".
Azvision.az
Teqlər: Səbinə-Əliyeva Ombudsman







Vaxtında, Aydın, Lazımlı!


