Dövlət Agentliyi “Baykar” şirkəti ilə əməkdaşlığı gücləndirir - FOTO
Müvafiq əməkdaşlıq çərçivəsində Dövlət Agentliyi ilə “Baykar” şirkəti, həmçinin “Türkiyə Texnoloji Takımı” (T3) arasında innovasiya və texnoloji təhsil sahəsində imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə də fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Baykar” şirkəti ilə Dövlət Agentliyi arasında əməkdaşlıq 2020-ci ilin 4-6 dekabr tarixində Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən təşkil olunmuş “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” çərçivəsində qurulub. “Baykar” şirkətinin rəhbəri və " Türkiyə Texnoloji Takımı”nın (T3) həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar Hakatonun rəsmi açılış mərasiminda iştirak edib, eyni zamanda jüri üzvü olub.
Azvision.az
Teqlər: Baykar