Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
  02 Aprel 2021    Oxunub:2575
Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmətin rəsmisi Vaqif Cavadov Azvision.az -a bildirib ki, araşdırma zamanı fakt təsdiqini tapıb, ərazidə çinar, şam və leylandr ağaclarının kəsildiyi müəyyən edilib:

“Hazırda ağac kəsənlərin tapılması və təbiətə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır”.

Azvision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti