Subsidiyalardan təyinatı üzrə istifadə etməyənlər cərimələnəcək

   Subsidiyalardan təyinatı üzrə istifadə etməyənlər cərimələnəcək
  02 Aprel 2021    Oxunub:2251
Kənd təsərrüfatı məhsulu istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə müəyyənləşdirilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

Qanun layihəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı yeni - 411-2 maddəsinin əlavə edilməsi təklif olunur.

Layihəyə əsasən, fermer tərəfindən “elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq olunması nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Azvision.az




Teqlər: İXM   Cərimə   Subsidiya  





Xəbər lenti