“ASAN xidmət” Beynəlxalq Autizm Məlumatlandırma Gününü fərqli qeyd edib

“ASAN xidmət” Beynəlxalq Autizm Məlumatlandırma Gününü fərqli qeyd edib
  02 Aprel 2021    Oxunub:2334
5 saylı Bakı, həmçinin İmişli və Sabirabad “ASAN xidmət” mərkəzlərinin təşəbbüsü, “Birgə və Sağlam” İctimai Birliyinin tərəfdaşlığı ilə 2 aprel Beynəlxalq Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbir təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, tədbir çərçivəsində autizmli şəxslərlə birgə bərabər müxtəlif oyunlar keçirilib, xor şəklində nəğmələr oxunulub, əyləncəli vaxt keçirilib.

Həmçinin vətəndaşlar arasında sorğu keçirilib, məlumatlandırma işləri aparılıb.







Azvision.az



Teqlər: ASAN-xidmət  






Xəbər lenti