Aprel şəhidlərinin məzarları ziyarət olunub - VİDEO

   Aprel şəhidlərinin məzarları ziyarət olunub -    VİDEO
  02 Aprel 2021    Oxunub:1791
Aprelin 2-də Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları Aprel döyüşlərinin 5-ci ildönümü ilə bağlı şəhidlərimizin məzarını ziyarət edib və üzərinə əklil qoyub, gül dəstələri düzüblər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi dərin ehtiramla yad edilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, mərasimdə 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, igid Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi şücaətdən, bir sıra vacib yüksəkliklərin və yaşayış məntəqəsinin azad edilməsindən, qazanılan tarixi qələbədən danışılıb.



Bildirilib ki, şəhidlərimizin qisası yerdə qalmayıb. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmənə ağır zərbələr endirilib və müharibə ordumuzun böyük qələbəsi ilə başa çatıb.









Azvision.az




Teqlər: Aprel-şəhidləri   Məzar   Ziyarət   MN  






Xəbər lenti