Göyçə, Zəngəzur və İrəvana da qayıtmalıyıq! - Millət vəkili

   Göyçə, Zəngəzur və İrəvana da qayıtmalıyıq! -    Millət vəkili
  02 Aprel 2021    Oxunub:3658
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sahib Alıyev çıxış edərək, bir sıra aktual mövzuları gündəmə gətirib.
Azvision.az -ın məlumatına görə, deputat əvvəlcə Azərbaycanın İnsan haqları üzrə müvəkkilinin illik məruzəsi ilə bağlı fikirlərini bölüşüb.

S.Alıyev xatırladıb ki, burada şəhid ailələri və veteranların aldıqları mənzillərin istismar müddətində normal yaşam tələblərinə cavab verib-verməməsinin davamlı nəzarətdə saxlanması, güzəştli şərtlərlə mənzil əldə etmiş, lakin sonradan xidmət yerini dəyişmiş hərbi qulluqçulara kirayə haqqı üçün kompensasiya ödənməsi, mənzili olmayanlara ayrılan kompensasiyanın artırılmaslı, təhsil, səhiyyə müəssisələrində və bir çox başqa yerlərdə qida rasionunun çağdaş dövrün standarlarına uyğunlaşdırılması, pulsuz dərmanların siyahısının təkmilləşdirlməsi, onların keyfiyyətilə bağlı problemlərin aradan qaldırılması, Aliment Fondunun təsisi, həbsdə olan vətəndaşlarımızın doğmaları ilə görüntülü danışmaları və onların ali təhsil almalarına şərait yaradılması üçün Cəzalarıın İcrası Məcəlləsinə dəyişikliyin edilməsi, pensiya yaşına az qalanların ixtisarının qadağan olunması kimi təkliflər yer alıb. O, həmin təklifləri dəstəklədiyini və həllini zəruri saydığını diqqətə çatdırıb.

Deputatın fikrincə, torpaqlarımızın işğaldan azad edilməsindən sonra hüquqları təmin olunan və olunmaq şansı yarananlarla yanaşı, hələlik belə bir şansın verilmədiyi insanlar da var ki, onların problemlər də beynəlxlaq platformalarda səsləndirilməlidir. Söhbət indi Ermənistan adlanan torpaqlardakı öz doğma yurd yerlərindən qovulan azərbaycanlılardan gedir.

"Onların öz doğma obalarına qayıtmaları təmin edilməlidir. Bir halda Azərbaycanla Ermənistan arasında sovet dönəmindəki sərhədlər bərpa edilir, onda azərbaycanlılara da şərait yaradılmaldır ki, əsrlər boyu kompakt yaşadıqları kənd və qəsəbələrə qayıtsınlar. Əgər erməni Qarabağda yaşayırsa, nə üçün azərbaycanlı da indi Ermənistan adlanan ölkədə əsrlər boyu yaşadığı torpaqlara qayıtmasın?!

Əlbəttə, meqapolisdə və digər şəhərlərdə yaşayanların təzədən evlərinə qayıtmaları elə də asan məsələ deyil, amma bir daha vurğulayıram: o yerlər ki, sırf azərbaycanlıların yaşayış məskənləri idi, onlar ora qayıtmaldırlar. Ermənistan rəhbərliyi orada doğulub-böyüyən, kökləri ora bağlı azərbaycanlıların bu haqlarını tanımalıdır və İnsan haqları üzrə müvəkkilimiz də bu məsələni davamlı olaraq beynəlxaq müstəvidə qabartmalıdır. Həm də ona görə qabartmaldır ki, Ermənistanda revanşizm haqqında düşünənlər, əsassız tələblər irəli sürənlər belə bir reallığın olduğunu və bizim bununla heç vaxt barışmayacağımızı da unutmasınlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin "biz Göyçəyə, Zəngəzura, İrəvana qayıdacağıq" sözlərini də unutmasınlar. Onun “Qarabağ Azərbaycandır və nida” bəyanatı necə reallaşdısa, qayıdış haqda dedikləri də gec-tez baş tutacaq", - deyə S.Alıyev çıxışında qeyd edib.

Azvision.az


Teqlər: Sahib-Alıyev   Deputat  






Xəbər lenti