Bakıda köməksiz qalan azyaşlılar xilas edildi

Bakıda köməksiz qalan azyaşlılar xilas edildi
  03 Aprel 2021    Oxunub:1748
Bakı şəhərinin Suraxanı və Nəsimi rayonlarında ayrı-ayrı ünvanlarda 3 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Mənzil   Azyaşll  





Xəbər lenti