Ötən gün 52 sərxoş sürücü saxlanılıb

 Ötən gün 52 sərxoş sürücü saxlanılıb
  03 Aprel 2021    Oxunub:3003
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.
Bu barədə Azvision.az -a DİN-dən məlumat verilib.

Bildirilib ki, ötən gün yol hərəkəti qaydalarını pozan ümumilikdə 3223, o cümlədən kobud qayda pozuntusuna yol verən 169 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 116 nəqliyyat vasitəsi, avtomaşını sərxoş halda idarə edən 52 sürücü, 1 avtoxuliqan müəyyən olunub.

Azvision.az


Teqlər: DİN   sürücü  






Xəbər lenti