Ötən ay minaya düşən 2 nəfər ölüb, 6-sı yaralanıb

   Ötən ay minaya düşən 2 nəfər ölüb, 6-sı yaralanıb
  03 Aprel 2021    Oxunub:1528
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradılması və onların problemlərinin öyrənilərək həll olunması sahəsində mütəmadi fəaliyyət göstərir.
Azvision.az xəbər verir ki, bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

Onun sözlərinə görə, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin mart ayında 3 hadisə nəticəsində 8 nəfərin piyadalar əleyhinə minalardan zərər çəkdiyini qeydə alınıb:

"Nəticədə iki mülki şəxs həlak olub, biri uşaq olmaqla altı mülki şəxs yaralanıb. 2021-ci ilin mart ayında minalarla bağlı hadisələr Ağdam və Xocavənd rayonlarının ərazisində baş verib. Ümumilikdə 2021-ci ilin ilk üç ayında 36 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar".

Azvision.az


Teqlər: Mina   İctimai-Birlik  






Xəbər lenti