Rusiya ilə Azərbaycan arasında turnir keçirilib

Rusiya ilə Azərbaycan arasında turnir keçirilib
  28 Fevral 2014    Oxunub:1380
Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsi mini futbol üzrə “Xalqlar dostluğu” kuboku uğrunda növbəti illik turnir keçirib.
AzVision.az az AzərTAc - a istinadən xəbər verir ki, Ulyanovskda mini futbol üzrə “Xalqlar dostluğu” kuboku uğrunda VI illik xalqlararası turnir keçirilmişdir. Turnirin təşkilatçısı Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsidir.

ÜAK-ın Ulyanovsk şöbəsindən Ulyanovsk vilayətində yaşayan və müxtəlif millətləri təmsil edən komandalar bu il altıncı dəfə görüşüblər. Xatırladaq ki, 2009-cu ildə Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsinin “İdman xalqları birləşdirir” olimpiya prinsipindən ilhamlanan üzvləri ilk dəfə olaraq qeyri-adi turnir keçiriblər. O zaman turnirdə cəmi 10 komanda iştirak eşidib.

İştirakçıların sayı ildən-ilə artır, milli komandaların idman sıraları genişlənir, yarışlar geniş vüsət alır.

ÜAK-ın Ulyanovsk regional şöbəsinin sədri İslam Hüseynov deyib: “Biz artıq neçə ildir ki, Ulyanovsk vilayətində və onun hüdudlarından kənarda çoxsaylı mədəniyyət, idman və xeyriyyə layihələrini uğurla həyata keçiririk. Bu layihələrin hər biri sağlam millətlərarası münasibətlərin yaradılmasına, gənclərin və idmanın dəstəklənməsinə yönəldilib. Fərəhlə qeyd etmək lazımdır ki, idman tədbirləri gənclərimizi getdikcə daha çox cəlb edir və bu gün zalda xeyli gənc vardır. Bu onu göstərir ki, səylərimiz boşa çıxmayıb, idman milliyyətindən, dilindən asılı olmayaraq həqiqətən insanları birləşdirməyə qadirdir”.

Bu il turnirdə iştirak edən komandaların sayı 26-ya çatıb və əlbəttə ki, bu, son hədd deyildir. İlk dəfə olaraq turnirdə “Kazaki Ulyanovska”, ukraynalıların “Krayanı” komandası, habelə qubernator administrasiyasının komandası iştirak edib. Bu il turnirə gəlməmiş alman komandası əvəzinə iki fransız komandası – “Firelek” və “Kontaktor” komandaları iştirak ediblər.

ÜAK-ın Ulyanovsk regional şöbəsi sədrinin müavini Qənbər Cahangirov demişdir ki, bu il yeni mükafatlar təsis edilmişdir. İlk dəfə olaraq “Ən yaxşı fanat” mükafatı və “Tamaşaçı rəğbəti” mükafatı təsis edilib.

Xalqlararası turnirə ilbəil daha çox nüfuzlu qonaqlar gəlir. Mini futbol üzrə altıncı illik xalqlararası turnirin təntənəli açılışı mərasimində “Volqa” futbol komandasının baş məşqçisi Sergey Sedışev, Ulyanovsk vilayəti hökuməti sədrinin müavini Mixail Sıçov, idman naziri, “Volqa” futbol klubunun vitse-prezidenti Sergey Kuzmin, Ulyanovsk vilayəti prokurorunun böyük köməkçisi Vasili Zima iştirak ediblər.

F.Çerenkov adına Akademiyanın prezidenti, “Spartak” cəmiyyətinin əfsanəvi futbolçusu Sergey Rodionov turnirin fəxri qonağı olunub. Oyun başlamazdan əvvəl turnirin təşkilatçıları futbol ulduzuna bütün dünya xalqları arasında dostluğun rəmzi olan qlobus xatirə mükafatı təqdim edib.

Finala üç ən güclü komanda – “Valente”, “Russkiy dom” və “Krayanı” komandaları çıxıblar. Heç kəs təslim olmaq istəmirdi, lakin qaydalara görə, həlledici oyuna yalnız iki komanda – “Russkiy dom” və “Krayanı” komandaları çıxmışlar. Oyun 1:0 hesabı ilə Ukraynanın yeni “Krayanı” komandasının xeyrinə qurtarıb.

Qaliblərə “Xalqlar dostluğu” kuboku təqdim edilib. “Ən yaxşı futbolçu” kuboku isə “Russkiy dom” komandasının oyunçusuna çatıb, “Valente” komandasının qapıçısı “Ən yaxşı qapıçı” adını qazanıb. Bundan başqa, gənclərin hamısı medallar və fəxri fərmanlar alıblar. “Tamaşaçı rəğbəti” mükafatı Ulyanovsk Dövlət Universitetinin tələbələrindən ibarət olan “Afrika-1” komandasına çatıb. Altı oyunun hamısında “Ən yaxşı fanat” adını isə qırğız azarkeş qazanmışdır. Turnirin təşkilatçısı - ÜAK-ın Ulyanovsk regional şöbəsinin sədri İslam Hüseynov ona xatirə kuboku təqdim edib.


Teqlər:  





Xəbər lenti