2859 şəhidin 7303 ailə üzvünə sosial ödənişlər təyin edilib

 2859 şəhidin 7303 ailə üzvünə sosial ödənişlər təyin edilib
  03 Aprel 2021    Oxunub:1670
Postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2859 şəhidin 7303 ailə üzvünə 13225 istiqamət üzrə sosial ödənişlər təyin edilib.
Azvision.az xəbər verir ki, bunu Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə” İşçi Qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, 228 nəfər Vətən müharibəsi müharibə əlilinə də sosial ödənişlər təyin edilib, mülki şəhidlərimizin ailələrinə sosial ödənişlərin təyinatı artıq yekunlaşdırılıb.

Bundan başqa, mühüm dəstək tədbiri kimi, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı geniş vüsət alıb. Dövlət başçısının Sərəncamı ilə 2021-2025-ci illərdə 11 min, o cümlədən 2021-ci ildə 3 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq. 2021-ci ilin planı üzrə artıq 200 mənzil onlara verilib. Eyni zamanda, postmüharibə dövründə həmin kateqoriyalardan olan 5329 nəfərin məşğulluğu təmin olunub. Onlardan 4098 nəfəri özünüməşğulluq proqramına cəlb olunub.

Azvision.az


Teqlər: Şəhid   Qazi  





Xəbər lenti