İmişli sakini tanışının qızıllarını oğurladı

İmişli sakini tanışının qızıllarını oğurladı
  03 Aprel 2021    Oxunub:2008
Bakıda qadına qarşı 7 min manatlıq soyğunçuluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ötən gün Bakı şəhər sakini A.Güvəndikova Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edib, cari il yanvarın 7-də Binəqədi qəsəbəsində yaşadığı evdən 7000 manat dəyərində qızıl əşyalarının F.Fərəcli adlı tanışı tərəfindən soyğunçuluq yolu ilə aparılmasını bildirib.

Binəqədi polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini F.Fərəcli saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti