İndiyədək 54 qazi Türkiyəyə müalicəyə göndərilib

İndiyədək 54 qazi Türkiyəyə müalicəyə göndərilib
  03 Aprel 2021    Oxunub:3069
"YAŞAT" Fondu Türkiyədən həkimlər dəvət edir. Həkimlərin köməyi ilə "YAŞAT" Fondu qazilərin birinci və ya ikinci növbədə xaricə müalicəyə göndərilməli olduğunu müəyyənləşdirib.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev deyib.

Polkovnik bildirib ki, 54 nəfər Türkiyəyə müalicəyə göndərilib, onlardan 4-ü müalicə alaraq geri qayıdıb.

F.Nəbiyev əlavə edib ki, yaxın müddətdə kimlərin xaricdə müalicəyə ehtiyacı varsa, onların müalicəsi təmin olunacaq.

Azvision.az


Teqlər: YAŞAT   Qazi   Müalicə   Həkim   Türkiyə  





Xəbər lenti