“Qazilərimizin müalicəsində hər hansı problem yoxdur”
Onun sözlərinə görə, yaralı və qazilərin TƏBİB və Səhiyyə Nazirliyinin tibb müəssisələrində müalicəsi ilə bağlı hər hansı problem yoxdur.
"Hazırda ölkədəki bütün xəstəxanalar icbari tibbi sığorta sistemi çərçivəsində fəaliyyət göstərir. Eyni zamanda qazilərimizə ölkəmizdə xüsusi diqqət var və onların müalicəsində hər hansı problem yoxdur. Belə yaralı və qazilərin dərmanla təchizatında da hər hansı problem yoxdur. Tərxis olunmuş hərbi qulluqçuların bütün tibbi təminatı müraciət edilən xəstəxanalar tərəfindən təmin olunur”.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


