“Qazilər hospitallarda müalicə olunmaq istəyirlər” - Polkovnik

 “Qazilər hospitallarda müalicə olunmaq istəyirlər” -  Polkovnik
  03 Aprel 2021    Oxunub:3512
"Müalicəsi başa çatan qazilər Ordudan tərxis olunub. Malicəsi başa çatan 200-ə yaxın qaziyə sosial müavinət də təyin edilib".
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev deyib.

F.Nəbiyev bildirib ki, belə qazilərin sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir: "Hazırda tərxis olunmayan qazilərin bəzilərinə evdə məzuniyyət verilib. Məsələn, ayağında, qolunda, sümüklərində qırıqlar olan və evdə ailələrinin qayğısı ilə daha yaxşı müalicə olunmaq istəyən qazilərə 30, 45, bəzən 60 gün məzuniyyət verilir. Məzuniyyətdə olduqları dövrdə də onların tibbi təminatı bizim üzərimizdədir və onların dərmanları verilir".

"Tərxis olunan qazilərin dərman təminatını isə biz həyata keçirə bilmirik. Yüksək rütbəli zabit və gizirlər, habelə müəyyən səbəblərə görə tərxisə buraxılmış zabitlərin tibbi təminatı bizim üzərimizdədir. Bəzən qazilərimiz şikayət edirlər ki, onlar hospitallarda müalicə olunmaq istəyirlər. Biz də onların hospitallarda müalicə olunmasını istəyirik. Amma qanunlar var, həmin qanunlara görə onların müalicəsini təşkil edə bilmirik. Bizim təminatımızda olan qazilərin müalicəsini təşkil edirik”, - polkovnik qeyd edib.

Azvision.az


Teqlər: MN   Tibb   Müalicə   Qazi  






Xəbər lenti