Müəllimlərin 51 faizindən çoxu peyvənd olunub

 Müəllimlərin 51 faizindən çoxu peyvənd olunub
  03 Aprel 2021    Oxunub:3070
Ölkə üzrə müəllimlərin 51 faizindən çoxu vaksinasiya olunub.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” üzərindən tədrisin təşkilinə dair verilmiş qərarla əlaqədar ictimaiyyəti və medianı maraqlandıran sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu rəqəmlər 50 yaşdan yuxarı müəllimləri əhatə edir.

“Bakı şəhərində 54 faiz, Sumqayıt 69 faiz, Abşeronda 60 faiz, digər bölgələrdə 50 faiz müəllim vaksinasiya olunub. Bu, yaxşı nəticədir. I doz vaksin vurulandan dərhal sonra imunitet yaranmır. II doz vaksin vurulandan 14 gün sonra insanda imunitet formalaşır. Beləliklə, I doz vaksindən 42 gün sonra imunitet yaranır. Fevralın sonlarından müəllimlər arasında başlayan vaksinasiyanın nəticələrini aprel ayının sonlarından görməyə başlayacağıq. Vaksinasiyadan qorxmaq lazım deyil. Virus yoluxan insanlar arasında ağırlaşmalara səbəb olur. Bunun olmaması üçün ətrafdakı insanların vaksinasiya cəlb edilməsi, bu istiqamətdə maarifləndirmə işinin aparılması vacibdir. Müəllimlərin bu prosesində önündə getməsi də vacibdir. II mərhələ vaksinasiyadan 14 gün keçəndən sonra yoluxma halları ola bilər. Bundan sonra ağırlaşma və ölüm halları olmayıb. Bu hal sıfırdır. Müəllimlərin vaksinasiyası təhsil sisteminin ən vacib prioritetlərindən biridir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Müəllim   Vaksinasiya   Təhsil  





Xəbər lenti