Peyvənd olunanların sayı 924 mini keçib

Peyvənd olunanların sayı 924 mini keçib
  03 Aprel 2021    Oxunub:3202
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35780 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12469, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23311 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 924 813, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 582463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 342350 təşkil edir.



Azvision.az


Teqlər: Vaksin   Peyvənd  





Xəbər lenti