“Pandemiya təhsildə əsaslı problemlər yaradıb” - Emin Əmrullayev
“Təhsil ictimaiyyəti olaraq qarşımızda bir neçə il var ki, pandemiyanın vurduğu təsirləri başa düşək və aradan qaldıraq. Bu, kifayət qədər təşəbbüslər tələb edir. Birinci mərhələdə 6-8 həftədə çalışmalıyıq ki, az sayda insan COVID-ə yoluxsun. Bacardıqca daha çox insan vaksinasiya olunsun. Hədəfimiz ən azı 95 faiz təhsil işçisinin vaksinasiyadan keçməsidir.
Uzun müddətli hədəfdə çalışmalıyıq ki, itirilmiş öyrənməni bərpa etmək üçün şagirdlərə və müəllimlərə dəstək mexanizmləri həyata keçirək. Peşə və ali təhsildə qısamüddətli kurslar və bu istiqamətdə insanların səriştələrə yiyələnməsi üçün çevik mexanizmlər tətbiq ediləcək”, - deyə nazir qeyd edib.
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus Təhsil