Cinayət törədən 54 nəfər saxlanılıb

Cinayət törədən 54 nəfər saxlanılıb
  03 Aprel 2021    Oxunub:1722
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılıb.
Bu barədə Azvision.az Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Qeyd olunub ki, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 33 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti