“Qalatasaray”dan gözlənilməz məğlubiyyət
Çempionluğa iddialı olan "Qalatasaray" klubu gözlənilməz məğlubiyyətlə üzləşib. Belə ki, səfərdə "Hatayspor"la qarşılaşan Fatih Terimin komandası 3:0 hesabı ilə uduzub.
Türkiyə Super Liqasında bu günün oyunları:
"Kayserispor" - "Göztepe" - 1:1
"Rizespor" - "Fatih Karagümrük" - 0:0
"Sivasspor" - "Trabzonspor" - 0:0
"Hatayspor" - "Qalatasaray" - 3:0
Qeyd edək ki, hazırda turnir cədvəlinə 64 xalla "Beşiktaş" klubu liderlik edir. "Qalatasaray" 61 xalla 2-ci, "Fənərbaxça" isə 59 xalla 3-cü pillədə qərarlaşıb.
Azvision.az
Teqlər: Qalatasaray