COVAX Azərbaycana vaksinlərin ilk partiyasını göndərdi

COVAX Azərbaycana vaksinlərin ilk partiyasını göndərdi
  04 Aprel 2021    Oxunub:1821
Azərbaycana COVAX platforması çərçivəsində koronavirusa qarşı vaksinlərin ilk partiyası gətirilib.
Azvision.az xəbər verir ki, vaksinləri daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Məlumata görə, ölkəmizə ilk mərhələdə Cənubi Koreyadan 84 000 doza “Vaxzevria” (“AstraZeneca” - red) vaksini çatdırılıb. Ümumilikdə isə may ayının sonuna qədər Azərbaycana 432 000 doza vaksinin idxalı planlaşdırılır.

Bununla yanaşı, 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksininin gətirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, vaksinlərin təhvil alınma mərasimində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam M. İshaqzai, Avropa Ittifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, UNICEF-in (BMT-nin Uşaq Fondu) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin, səhiyyə nazirinin müavini Viktor Qasımov və digər rəsmilər iştirak ediblər.

Azvision.az


Teqlər: COVAX   Vaksin  





Xəbər lenti