Koronavirusa yoluxan ukraynalı jurnalist Bakıda müalicə olundu - VİDEO

 Koronavirusa yoluxan ukraynalı jurnalist Bakıda müalicə olundu -    VİDEO
  04 Aprel 2021    Oxunub:5504
Ukraynanın “5-ci kanalı” televiziyasının əməkdaşı Yevgeniya Kitayeva Azərbaycanda ezamiyyətdə olarkən, onun koronavirusa yoluxduğu müəyyən edilib.
Azvision.az xəbər verir ki, ukraynalı jurnalist Bakıda yeni xəstəxanalardan birinə yerləşdirilib. O, iki həftəyə yaxın müalicə alaraq sağalıb.

Müalicə prosesi ilə bağlı təəssüratlarını bölüşən Yevgeniya azərbaycanlı həkimlərin xəstələrə yanaşmasına heyrətləndirini söyləyib.

"Azərbaycanda yüngül simptolu xəstələri də ləngimədən xəstəxanaya yerləşdirirlər, Ukraynada isə belə deyil. Onlara evdə müalicə tövsiyə edirlər", - deyə teleaparıcı bildirib.



Azvision.az


Teqlər: Jurnalist   Koronavirus  






Xəbər lenti