Bakıda bəzi marşrutların hərəkət qrafiki dəyişir

Bakıda bəzi marşrutların hərəkət qrafiki dəyişir
  04 Aprel 2021    Oxunub:1641
Aprelin 5-də təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsinin İlqar Zülfüqarov küçəsinin kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, təmir səbəbindən M1, M2, M6, 11 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdirilir.

- M1, M2, M6 nömrəli ekspres marşrut "Həzi Aslanov" metrostansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsində geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;

- 11 nömrəli müntəzəm marşrut Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Sadıqcan küçəsi üzrə;

- 104 nömrəli müntəzəm marşrut isə "Həzi Aslanov" metrostansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti