Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Nizami rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşların liftdən çıxarılması təmin edilib.