Bakıda köməksiz qalan azyaşlılar xilas edildi

Bakıda köməksiz qalan azyaşlılar xilas edildi
  05 Aprel 2021    Oxunub:1136
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Xilasetmə   FHN  





Xəbər lenti