Həftəsonu 12 koronaviruslu xəstə saxlanıldı
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən Bakı şəhər sakini T.Məmmədov, şabran rayon sakini Ş.Balabəyov və Balakən rayon sakini A.Tahirova barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Digər vətəndaşlar barəsində araşdırmalar davam etdirilir: "Hər birimiz şəxsi məsuliyyətimizi artırmaqla, koronavirus infeksiyasının doğurduğu təhlükəni bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik! Biz birlikdə daha güclüyük!", - Mətbuat xidmətindən bildiirlib.
Azvision.az
Teqlər: