Rəmiş dünyasını dəyişdi - YENİLƏNİB

Rəmiş dünyasını dəyişdi -  YENİLƏNİB
  05 Aprel 2021    Oxunub:4506
Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib.
Bu barədə Azvision.az-a sənətçinin həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

Uzun müddət xəstəlikdən əziyyət çəkən Xalq artisti bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

***
13:16


Xalq artisi Rəmişin (Rafiq Hüseynov) vəziyyəti pisləşib.

Bu barədə Azvision.az -a sənətçinin xanımı Güllü Hüseynova məlumat verib. O, həyat yoldaşının səhhətinin qəfildən pisləşdiyini bildirib.

Qeyd edək ki, Rəmiş bir müddət əvvəl Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. O, oksigen çatışmazlığından əziyyət çəkir, qaraciyərində problem yaranıb. Xalq artistinin müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Rəmiş   Xalq-artisti  





Xəbər lenti