Azərbaycanda yoluxma azaldı, ölüm sayı artdı

 Azərbaycanda yoluxma azaldı, ölüm sayı artdı
  05 Aprel 2021    Oxunub:1760
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 271 834 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 242 293 nəfər müalicə olunaraq sağalıb, 3 711 nəfər vəfat edib, aktiv xəstə sayı 25 830 nəfərdir.

Qeyd olunub ki, ölkədə son sutka ərzində 6763, hazırkı dövrədək isə 2935718 test aparılıb.



Azvision.az


Teqlər: Koronavirus   Azərbaycan  






Xəbər lenti