Rəmişin həyat yoldaşı onun son arzusundan danışdı

 Rəmişin həyat yoldaşı onun son arzusundan danışdı
  05 Aprel 2021    Oxunub:2379
"Son dəfə 3 gün bundan qabaq evə getmək istədiyini dedi".
Azvision.az xəbər verir ki, bunu dünyasını dəyişən tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) xanımı Güllü Hüseynova həyat yoldaşının son günlərindən danışarkən deyib.

"İki-üç ay idi ki, danışmırdı. Son dəfə üç gün bundan qabaq danışdı. Yavaş səslə dedi," məni evə apar, evi istəyirəm". Evə aparmadım ki, Rəmiş sağalar. İynə görəndə ufuldayırdı. Son nəfəsinə qədər yanında olmuşam".

Əməkdar artist, aktrisa Kübra Əliyeva Güllü xanıma dəstək olduğunu dilə gətirib.

"Rəmiş onun həm əri, həm oğlu, həm də qohumu idi. Gülü mənim qızım sayılır. Onun dərdi mənim dərdimdir. Övladı kimi Rəmişə baxırdı. Neçə illər qulluğunda durdu. İndi ölümünü qəbul edə bilmir. Neçə aylardır ki, heç nə yemir. Onu sakitləşdirmək mümkün deyil. Rəmiş gözünün işığı idi. Allah səbr versin".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rəmiş   Güllü  





Xəbər lenti