Narkotacir 2,5 kq heroinlə tutuldu

Narkotacir 2,5 kq heroinlə tutuldu
  05 Aprel 2021    Oxunub:1486
Paytaxt sakinindən üç kiloqrama yaxın narkotik vasitələr götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Dadaşov Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Axtarış zamanı ondan 2 kiloqram 540 qram heroin və metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı təhqiqatlar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti