İƏT Təmas Qrupu Ağdam və Gəncəyə səfər edəcək

   İƏT Təmas Qrupu Ağdam və Gəncəyə səfər edəcək
  05 Aprel 2021    Oxunub:2113
Bu gündən İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəyə səfəri başlayıb.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, aprelin 6-da nümayəndə heyətinin, Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə tanışlıq məqsədilə işğaldan azad edilmiş Ağdam rayonu və Gəncə şəhərinə səfəri baş tutacaq.

Səfər çərçivəsində həmçinin İƏT Təmas Qrupunun nümayəndələrinin müxtəlif dövlət qurumlarında görüşləri nəzərdə tutulur.

Azvision.az


Teqlər: XİN   Ağdam   Gəncə  






Xəbər lenti