Ərdoğan Azərbaycanla müdafiə sahəsinə dair sazişi təsdiqlədi

Ərdoğan Azərbaycanla müdafiə sahəsinə dair sazişi təsdiqlədi
  06 Aprel 2021    Oxunub:2511
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə “Resmi Gazete”də məlumat dərc edilib.

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş 2017-ci ilin oktyabarın 31-də Bakıda imzalanıb.

Saziş təsdiq edildikdən sonra qüvvəyə minib.

Xatırladaq ki, bu sənəd 2017-ci il oktyabrın 31-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində imzalanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə   Saziş  





Xəbər lenti