FHN: Dünən 43 yanğın olub, 5 nəfər xilas edilib

 FHN:  Dünən 43 yanğın olub, 5 nəfər xilas edilib
  06 Aprel 2021    Oxunub:1966
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Azvision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 5 nəfər xilas edilib, 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: Yanğın   FHN  





Xəbər lenti