Şəhid polkovnikin xatirəsinə bulaq inşa edildi

Şəhid polkovnikin xatirəsinə bulaq inşa edildi
  06 Aprel 2021    Oxunub:1456
Sumqayıtda Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsinə bulaq inşa olunub.
Azvision.az xəbər verir ki, şəhid adına bulaq Sumqayıt şəhərinin 42-ci mikrorayon ərazisində yerləşir.

"Ramizin uşaqlığı həmin məhəllədə keçib. Buna görə də orada yaşayan gənclər öz hesablarına şəhidin şərəfinə bulaq tikdiriblər. Aprel ayının 11-nə kimi işlər yekunlaşacaq və biz açılış edəcəyik",- deyə şəhidin qohumu Fərrux Cəfərov bildirib.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı Ramiz Cəfərova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. O, 42 gün dayanmadan düşmənə qarşı vuruşub.





Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şəhid   Bulaq  





Xəbər lenti