Güclü külək qaz təsərrüfatına ziyan vurdu

Güclü külək qaz təsərrüfatına ziyan vurdu
  06 Aprel 2021    Oxunub:1359
Aprelin 6-sı səhər saatlarında Bakı və ətraf yaşayış massivlərində əsən güclü külək qaz təsərrüfatına ziyansız ötüşməyib.
Bu barədə Azvision.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dəmir yolunun yanında güclü küləyin təsirindən diametri 57 mm olan qaz xəttinin təqribən 100 metrlik hissəsi dayaqlardan yerə düşüb.

Məlumatda deyilir ki, hazırda “Azəriqaz” əməkdaşları hadisə yerindədir, operativ tədbirlər görülür: “Güclü küləklə bağlı mobil qruplarımız bütün ərazilərdə iş başındadır”.

Azvision.az


Teqlər: qaz   Külək  





Xəbər lenti