Rəmişin koronavirusdan ölməsi təsdiqləndi

 Rəmişin koronavirusdan ölməsi təsdiqləndi
  06 Aprel 2021    Oxunub:2847
Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) ​koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzinin direktorunun Səhiyyə Nazirliyinə verdiyi məlumatda qeyd olunub.

Bildirilib ki, qaraciyər və ağciyərlərinin xroniki xəstəliklərindən əziyyət çəkən Xalq artisti koronavirusdan vəfat edib.

Xatırladaq ki, uzun müddət xəstəlikdən əziyyət çəkən Rafiq Hüseynov ötən gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun həyat yoldaşının da koronavirusa yoluxduğu bildirilir.

Azvision.az



Teqlər: Rəmiş   Koronavirus  






Xəbər lenti