Külək regionlarda enerji təsərrüfatına ziyan vurub

Külək regionlarda enerji təsərrüfatına ziyan vurub
  06 Aprel 2021    Oxunub:1548
Güclü külək Azərbaycanın bir sıra regionlarında elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ölkənin şimal rayonlarında əsən güclü külək Şabran, Xaçmaz və Quba rayonları ərazisində fərdi evlərin damlarını uçurub, ağacları aşırıb və nəticədə elektrik enerjisi verilişində fasilələr yaranıb.

Dərhal hadisə yerinə gələn “Azərişıq” ASC-nin əməkdaşları Quba və Şabran rayonlarında elektrik enerjisi verilişində yaranan fasiləni aradan qaldırıb, Xaçmaz rayonu ərazisində isə təmir-bərpa işləri davam etdirilir.

Azvision.az



Teqlər: Azərişıq   Külək  





Xəbər lenti