“Mars”da karantin qaydalarını pozdular

“Mars”da karantin qaydalarını pozdular
  06 Aprel 2021    Oxunub:2559
Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan profilaktik tədbirlərə baxmayaraq, hələ də bəzi ictimai-iaşə obyektlərində karantin qaydalarına əməl edilməməsi hallarına rast gəlinməkdədir.
Bu barədə Azvision.az -a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Mars” kafesinin gecə saatlarında, yəni 01:00 radələrində fəaliyyət göstərməsi barədə polis orqanlarına məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Obyektin icarədarı X.Səfərov və daha 4 müştəri polislər tərəfindən saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdiriləcək.

Azvision.az


Teqlər: DİN   Kafe   Karantin  





Xəbər lenti