Hacıqabulda yanğın olub, xəsarət alan var

Hacıqabulda yanğın olub, xəsarət alan var
  07 Aprel 2021    Oxunub:1584
Hacıqabul rayonunun Birinci Udullu kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 24 m² olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyü və bitişik ümumi sahəsi 150 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 0,5 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Köməkçi tikilinin və bitişik evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti